Estoniya XİN başçısı: Ukrayna dronlarının NATO ölkələrinə düşməsi “qəbul edilə bilən qiymətdir”
Estoniyanın xarici işlər naziri Ukraynanın Rusiya ərazisinə zərbələrini davam etdirməsinin vacibliyini vurğulayıb.
Crossmedia.az bu barədə Financial Times nəşrinə istinadən məlumat yayıb.
Estoniya xarici işlər naziri Marqus Tsahkna bildirib ki, Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi hücumlar zamanı bəzi pilotsuz uçuş aparatlarının (PUA) NATO ölkələrinin ərazisinə düşməsi “qəbul edilə bilən qiymət” hesab oluna bilər.
Nazir Ukraynanı Rusiya hərbi obyektlərinə zərbələri dayandırmamağa çağırıb və bu cür hallara baxmayaraq əməliyyatların davam etdirilməsinin vacibliyini qeyd edib.
15:45 29.06.2026
Oxunuş sayı: 53