Moskva vilayətində yanacaq ehtiyatları kifayət qədərdir
Moskva vilayətində benzin və digər yanacaq növləri üzrə ehtiyatların kifayət qədər olduğu bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Moskva vilayəti Energetika Nazirliyinə istinadən məlumat yayılıb.
Nazirliyin açıqlamasına görə, hazırda yanacaq doldurma məntəqələrinə (YDM) tədarük prosesi davam edir və ümumi təchizat qrafikində dəyişiklik yoxdur.
Bildirilib ki, bəzi böyük şəbəkə operatorlarına məxsus YDM-lərdə müvəqqəti yanacaq çatışmazlığı müəyyən ərazilərdə tələbatın artması ilə əlaqədar ola bilər. Lakin ümumi yanacaq təminatında problem müşahidə olunmur.
15:26 29.06.2026
Oxunuş sayı: 50