Netanyahu Trampa Ərdoğanla bağlı şikayət edəcək
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı bəyanatlarını ciddi təhlükə kimi qiymətləndirdiklərini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.
Netanyahunun sözlərinə görə, "Ərdoğanın İsrail dövlətinin məhv edilməsinə çağırış etmədiyi bir gün belə keçmir". O qeyd edib ki, Təl-Əviv bu məsələ ilə bağlı narahatlığını ABŞ Prezidenti Donald Trampa çatdırmağı planlaşdırır.
Baş nazir vurğulayıb ki, İsrail Ankara tərəfindən səsləndirilən bu cür bəyanatları ölkənin təhlükəsizliyinə yönəlmiş ciddi təhdid kimi dəyərləndirir.
11:16 29.06.2026
Oxunuş sayı: 50