Rusiyada yanacaq problemi daşımaları bahalaşdırır: məhsulların qiyməti arta bilər
Rusiyada yanacaqla bağlı yaranan problemlər səbəbindən yükdaşıma tarifləri artırılır ki, bu da ölkə üzrə məhsulların qiymətinin bahalaşmasına səbəb ola bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, daşıyıcı şirkətlərin bir hissəsi iyulun 1-dən etibarən yükdaşıma xidmətlərinin qiymətlərini minimum 10 faiz artırmağı planlaşdırır.
Məlumata görə, Primorsk diyarında bu gündən etibarən yanacağın kanistrlərə satışı qadağan edilib, həmçinin yük avtomobilləri üçün benzin satışına məhdudiyyətlər tətbiq olunub. Şəhər daxilində yük maşınlarının çəninə maksimum 100 litr, magistral yollarda isə 200 litr yanacaq vurulmasına icazə verilir.
10:50 29.06.2026
Oxunuş sayı: 49