Si Cinpin: Çin–Belarus münasibətləri tarixi zirvəyə çatıb
Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüş keçirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Si Cinpin görüş zamanı Çin və Belarus arasında münasibətlərin tarixi zirvə nöqtəsini yaşadığını bildirib.
Çin Sədri Si Cinpinin sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib və strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyub. Görüşdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri də müzakirə olunub.
09:15 29.06.2026
Oxunuş sayı: 66