Fransada istidən ölənlərin sayı 1000-i keçdi
Fransada iyunun 24-dən etibarən qeydə alınan ölüm hallarının sayı əvvəlki aylarla müqayisədə təxminən 1000 nəfər artıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransanın İctimai Səhiyyə Agentliyi (SPF) məlumat yayıb.
Bildirilib ki, ölüm hallarındakı artım əsasən 65 yaşdan yuxarı şəxslər arasında müşahidə olunur. Həmçinin evdə tək yaşayan və həyatını itirən insanların sayında 40 faiz artım qeydə alınıb.
Məlumata görə, ölkədə 11 gün davam edən rekord isti hava dalğası artıq 2003-cü ildə qeydə alınmış məşhur istilərdən daha intensiv hesab olunur.
Sinoptiklərin proqnozuna əsasən, bazar günü axşam saatlarından etibarən havanın temperaturu tədricən aşağı düşməyə başlayacaq.
16:18 28.06.2026
Oxunuş sayı: 82