Serbiya Prezidenti istefa verəcəyini bəyan etdi
Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın həftələrdə istefa verəcəyini və növbədənkənar prezident və parlament seçkilərinin təyin olunacağını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Vuçiç bu qərarını ictimaiyyətə bəyan edərək, ölkədə siyasi proseslərin yeni mərhələyə keçəcəyini bildirib.
Prezident istefasının dəqiq tarixini açıqlamayıb. Bununla yanaşı, növbədənkənar prezident və parlament seçkilərinin yaxın vaxtlarda keçiriləcəyini vurğulayıb.
09:35 28.06.2026
Oxunuş sayı: 54