Məktəblilərin İdman Olimpiadası: İkinci günün nəticələri
Məktəblilərin Respublika İdman Olimpiadasının ikinci günündə sərbəst güləş, ağırlıqqaldırma, bədii gimnastika, veloidman, stolüstü tennis ilə yanaşı, badminton, basketbol və boks üzrə yarışlar da davam edib.
Bu barədə Elm və Təhsil Nazirliyindən Crossmedia.az-a bildirilib ki, sərbəst güləş yarışlarında müxtəlif şəhər və rayonları təmsil edən məktəbli idmançılar 5 çəki dərəcəsində mübarizə apararaq ümumilikdə 178 iştirakçı ilə çıxış ediblər.
Ağırlıqqaldırma üzrə 48 kq və 52 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Bədii gimnastika yarışlarında 2014 və 2015-ci il təvəllüdlü gimnastlar arasında qaliblər elan olunub.
Stolüstü tennis üzrə yarışlarda finalçılar müəyyənləşib və medalçılar bəlli olub.
Veloidman üzrə şose yarışlarında həm qızlar, həm də oğlanlar arasında qrup ötüşmələri keçirilib və qaliblər müəyyən edilib.
11:30 23.06.2026
Oxunuş sayı: 51