Ingla School Baku-nun yay düşərgəsi uğurla başa çatıb
15 iyun tarixində başlayan Ingla School Baku-un yay düşərgəsi beş gün davam edib və uğurla yekunlaşıb.
Crossmedia.az xəbər verir ki, 6-16 yaş aralığında olan uşaqlar üçün təşkil edilən düşərgədə 20 nəfər iştirak edib. İştirakçıların hamısı Ingla School Baku-nun şagirdləri olub. Düşərgə müddətində uşaqlar vaxtlarını səmərəli keçirərək ingilis dili və digər istiqamətlər üzrə müxtəlif dərslərdə iştirak ediblər.
Bununla yanaşı, iştirakçılar üçün gündə 3 dəfə qidalanma təşkil olunub. Düşərgə proqramı çərçivəsində uşaqlara futbol və qolf üzrə təlimlər keçirilib, onların bilik və bacarıqlarınının inkişafı üçün oyunlar oynanılıb. Həmçinin psixoloq Aysu Həsənzadə tərəfindən psixoloji təlimlər təşkil olunub, uşaqlara süfrə mədəniyyəti haqqında məlumat verilib.
Düşərgə ərzində ingilis dilində müxtəlif oyunlar, oynanılıb, əyləncəli tədbirlər keçirilib. Bu fəaliyyətlər uşaqların həm dil bacarıqlarının inkişafına, həm də bir-biri ilə dostluq münasibətlərinin qurulmasına , dünya görüşünün formalaşmasına şərait yaradıb.
Düşərgənin ən yaddaqalan cəhətlərindən biri tədrisin ingilis dilində və beynəlxalq standartlara uyğun şəkildə aparılması olub.
Qeyd edək ki, Ingla School Baku-nun növbəti yay düşərgəsi 13 iyul tarixində başlayacaq. Hazırda həmin düşərgə üçün qeydiyyat davam edir.
Fatimə Məmmədova
12:01 20.06.2026
Oxunuş sayı: 72