“7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”: “Ingla School Baku” təhsil təşəbbüsləri ilə diqqət çəkir
18 iyunda fəaliyyətə başlayan “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” öz işini davam etdirir. Sərgi yerli sahibkarlığın təşviqi, biznes subyektləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və yerli məhsul və xidmətlərin tanıdılması baxımından mühüm platforma kimi çıxış edir.
Crossmedia.az xəbər verir ki, tədbirdə “Ingla School Baku” da tərəfdaş qismində iştirak edir. Təhsil sahəsində fəaliyyət göstərən mərkəz sərgi çərçivəsində təqdim etdiyi xidmətlər, təhsil proqramları və inkişaf yönümlü layihələri ilə iştirakçıların diqqətini cəlb edir. Mərkəzin sərgidə iştirakı təhsil sektorunun biznes mühitində rolunun gücləndirilməsi və insan kapitalının inkişafına yönəlmiş təşəbbüslərin təşviqi baxımından əhəmiyyətli hesab olunur. “İngla School Baku” təhsil şirkəti sərgidə gənclərə yeni kariyera imkanları təqdim edir.
Sərgidə dövlət qurumlarının iştirakı da diqqət çəkən məqamlardan biridir. Belə ki, Dövlət Məşğulluq Agentliyi də tədbirdə iştirak edərək məşğulluq imkanları, əmək bazarında mövcud tendensiyalar, peşə hazırlığı və aktiv məşğulluq proqramları barədə iştirakçılara məlumat təqdim edir. Agentliyin sərgidə təmsil olunması dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi, insan resurslarının inkişafı və əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşdırılması baxımından əhəmiyyətli hesab olunur.
Qeyd edək ki, sərgi KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilir.
Ayhan
13:19 19.06.2026
Oxunuş sayı: 67