Azərbaycan məktəbliləri beynəlxalq fizika olimpiadasında uğurla çıxış ediblər
İsveçdə keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO) Azərbaycan məktəbliləri uğurlu nəticələr əldə ediblər.
Crossmedia.az xəbər verir ki, Təhsil İnstitutundan bildirilib ki, yarışda ölkəmizi təmsil edən beş iştirakçıdan dördü bürünc medal qazanıb.
Bürünc medalçılar sırasında Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi Bəxtiyar Ağayev, Bakı şəhər Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Məhəmməd Cəfərli, Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Murad Xəlil və Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Raiq Babazadə yer alıblar.
Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin 11-ci sinif şagirdi Zeynəb Məhəmmədli isə yarışda fəal iştirakı ilə yadda qalıb.
Qeyd edək ki, 2018-ci ildən keçirilən və bu il 41 ölkədən 200 şagirdin qatıldığı Avropa Fizika Olimpiadası qitənin ən nüfuzlu fizika müsabiqələrindən biri hesab olunur.
15:46 17.06.2026
Oxunuş sayı: 43