BƏƏ İrana 20 milyard dollara qədər vəsait ayırır
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana məxsus dondurulmuş aktivlərin bir hissəsinin açılmasına razılıq verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, söhbət 10-20 milyard dollar həcmində vəsaitin Tehranın istifadəsinə verilməsindən gedir. Bildirilir ki, bu məbləğin 3 milyard dolları artıq İrana təqdim olunub.
Razılaşmanın şərtlərinə əsasən, İran BƏƏ-yə qarşı hər hansı hücumları dayandırmalı, həmçinin tərəflər arasında kəşfiyyat məlumatlarının mübadiləsi və iqtisadi əməkdaşlıq genişləndirilməlidir.
Mənbələr qeyd edir ki, tərəflər arasında əldə olunan anlaşma regionda gərginliyin azaldılması və qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.
14:51 13.06.2026
Oxunuş sayı: 87