Bloomberg: Avropa ABŞ-nin azaltmağı planlaşdırdığı hərbi imkanları əvəz edə bilmir
ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azaltmaq planları fonunda Avropa ölkələrinin yaranacaq boşluğu doldurmaq imkanları məhdud görünür. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, Vaşinqton Avropa istiqamətində yerləşdirdiyi hərbi qüvvə və texnikanın bir hissəsini ixtisar etməyi nəzərdən keçirir. Plan çərçivəsində:
- strateji bombardmançı təyyarələrin sayı 30 faiz azaldıla bilər;
- kəşfiyyat və zərbə tipli pilotsuz uçuş aparatlarının sayı 75-100 faizədək azaldıla bilər;
- qırıcı təyyarələrin sayı üçdə bir nisbətində azaldıla bilər;
- hərbi gəmilərin sayı isə təxminən iki dəfə azaldıla bilər.
Agentliyin məlumatına görə, Avropa dövlətləri xüsusilə strateji bombardmançılar sahəsində ciddi çatışmazlıqla üzləşə bilər. Bildirilir ki, Avropa ölkələrinin arsenalında ABŞ-ın malik olduğu bu tip təyyarələrin analoqu ümumiyyətlə mövcud deyil.
Bloomberg qeyd edir ki, mövcud hərbi və maliyyə imkanları nəzərə alındıqda, Avropa ölkələri ABŞ qüvvələrinin mümkün ixtisarından sonra yaranacaq itkiləri tam şəkildə kompensasiya etmək gücündə deyil.
13:50 13.06.2026
Oxunuş sayı: 84