Nazir: Qarabağ və Ukrayna dronların əhəmiyyətini ortaya qoydu
Qarabağ və Ukraynadakı müharibələr müasir döyüş əməliyyatlarında pilotsuz uçuş aparatlarının həlledici rol oynadığını nümayiş etdirib. Bunu Yunanıstanın müdafiə naziri Nikos Dendias bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazirin sözlərinə görə, son münaqişələrin təcrübəsi göstərir ki, dövlətlər pilotsuz uçuş aparatlarını böyük həcmdə istehsal etməyə hazır olmalıdırlar.
O qeyd edib ki, müasir müharibələrdə texnologiyanın rolu sürətlə artır və pilotsuz sistemlər artıq hərbi əməliyyatların əsas elementlərindən birinə çevrilib.
09:36 13.06.2026
Oxunuş sayı: 47