Ermənistan Rusiya ilə fikir ayrılıqlarının aradan qalxacağına ümid edir
Ermənistan Rusiyayla mövcud fikir ayrılıqlarının aradan qaldırılacağına ümid edir. Bunu ölkənin baş nazirinin müavini Mger Qriqoryan bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O qeyd edib ki, Ermənistan və Rusiyanı qarşılıqlı hörmətə, möhkəm dostluğa və xalqlar arasında sıx humanitar əlaqələrə əsaslanan çoxəsrlik tarixi münasibətlər birləşdirir.
M.Qriqoryan vurğulayıb ki, İrəvan iki ölkə arasında əməkdaşlığın tarixini yüksək qiymətləndirir və ikitərəfli əlaqələrin gələcək inkişafının həm Ermənistanın, həm də Rusiyanın maraqlarına xidmət etdiyinə inanır.
Onun sözlərinə görə, əməkdaşlığın genişlənməsi regionda sabitlik və rifahın möhkəmlənməsinə də töhfə verə bilər.
09:12 13.06.2026
Oxunuş sayı: 58