Rubio rusiyalıları Rusiya Günü münasibətilə təbrik etdi
ABŞ dövlət katibi Marko Rubio Rusiya xalqını Rusiya Günü münasibətilə təbrik edərək, firavan gələcəyə və ölkələr arasında daha konstruktiv münasibətlərə ümid etdiyini bildirib.
Crossmedia.az "Ukranskaya Pravda"-ya istinadən xəbər verir.
Bəyanatda deyilir: "Birləşmiş Ştatlar Rusiya ilə Ukrayna arasındakı müharibənin sülh yolu ilə həllinə nail olmağa sadiqdir. Ümid edirik ki, davamlı sülh Rusiya xalqı üçün daha firavan gələcəyə və ölkələrimiz arasında daha konstruktiv münasibətlərə yol açacaq".
22:06 12.06.2026
Oxunuş sayı: 56