Rubio: ABŞ Ermənistanın suverenliyini pozmur
ABŞ dövlət katibi Marko Rubio Senatda çıxışı zamanı ABŞ-nin Ermənistanın suverenliyinə hörmət etdiyini və İrəvandan digər ölkələrlə münasibətləri kəsməyi tələb etmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, O qeyd edib ki, “Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu” (TRIPP) layihəsi çərçivəsində Ermənistan və ABŞ arasında imzalanan strateji əməkdaşlıq sazişi ABŞ-nin özəl sektorunun investisiyalarını stimullaşdırmağa xidmət edəcək.
Rubio vurğulayıb ki, Vaşinqton Amerika şirkətləri üçün inhisar yaratmaq niyyətində deyil, lakin onların ədalətli şəkildə öz payını almasını dəstəkləyir.
Onun sözlərinə görə, sözügedən əməkdaşlıq regional iqtisadi imkanların genişlənməsinə və investisiya mühitinin yaxşılaşmasına töhfə verə bilər.
11:37 03.06.2026
Oxunuş sayı: 45