ABŞ İnstitutu: Putinə şişirdilmiş məlumatlar verilir, müharibə davam edəcək
Rusiya prezidenti Vladimir Putin iqtisadi təzyiqlərə baxmayaraq, müharibəni davam etdirməkdə israrlıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat ABŞ-nin "Müharibənin Öyrənilməsi İnstitutu"-nun son hesabatında qeyd olunub.
Analitiklər Kremlin Ukraynadakı vəziyyətlə bağlı reallığı tam qiymətləndirmədiyini düşünür. Hesabatda qeyd olunur ki, Putin Rusiya ordusunun uğurları barədə şişirdilmiş məlumatlar aldığı üçün hərbi xərclərin azaldılmasına qarşı çıxır və müharibədə qalib gələcəyinə inanır.
Ekspertlərin fikrincə, Kreml rəhbərliyi yaxın və orta müddətdə hərbi hədəflərə nail olmağın mümkün olduğunu hesab edir və bu səbəbdən Ukraynaya qarşı müharibəni davam etdirmək niyyətindən geri çəkilmir.
09:46 03.06.2026
Oxunuş sayı: 46