İran ABŞ-nin Küveyt və Bəhreyndəki bazalarına raket zərbələri endirib
İran ABŞ-nin Küveyt və Bəhreyndə yerləşən hərbi bazalarına raket hücumları həyata keçirib. Hücumun Vaşinqtonun hərəkətlərinə cavab olduğu bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) əməliyyatın ABŞ-nin “açıq-aşkar təcavüzünə” cavab xarakteri daşıdığını açıqlayıb və növbəti hücumlar ehtimalı ilə bağlı xəbərdarlıq edib.
İlkin məlumatlara görə, zərbələr ABŞ obyektlərini hədəf alıb. Eyni zamanda Səudiyyə Ərəbistanında da siren səsləri eşidilib. Bəhreyn hava məkanını müvəqqəti bağlayıb, bölgədəki bəzi aviareyslər isə istiqamətini dəyişib.
08:40 03.06.2026
Oxunuş sayı: 59