BƏƏ-dən İrana xəbərdarlıq:Ambisiyaların bədəlini region ölkələri ödəməməlidir
BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş İranın regional siyasəti ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az xəbər verir ki, O bildirib ki, Yaxın Şərq ölkələri İranın “həddindən artıq regional ambisiyalarının” nəticələrini daşımalı deyil və bölgədə heç bir dövlətin təsiri ümumi təhlükəsizlik və sabitlik hesabına təmin oluna bilməz.
Ənvər Qarqaş qeyd edib ki, Fars körfəzi, Yəmən, Livan və İraq daxil olmaqla bir sıra region ölkələri İranın regional təsir siyasətinin nəticələrini hiss edir.
BƏƏ rəsmisi həmçinin beynəlxalq münasibətlər sisteminin suverenliyə hörmət, mehriban qonşuluq və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri əsasında yenidən nəzərdən keçirilməsinin vacib olduğunu vurğulayıb.
15:13 02.06.2026
Oxunuş sayı: 51