Paşinyan: Aİİ Ermənistan üçün yeni imkanlar yaratmalıdır
Ermənistanın baş naziri Nikol Paşinyan Aİİ-yə üzv dörd ölkə liderinin qəbul etdiyi qətnaməni “çox balanslaşdırılmış mətn” adlandırıb.
Crossmedia.az xəbər verir ki, Erməni KİV-lərinin məlumatına görə, o bildirib ki, Avropa İttifaqına üzvlüklə bağlı referendum yalnız Ermənistan rəsmi şəkildə Aİ-yə müraciət etdikdən və namizəd statusu aldıqdan sonra mümkün ola bilər.
Nikol Paşinyan vurğulayıb ki, hazırkı mərhələdə belə referendumun keçirilməsinin mənası yoxdur.
Baş nazir həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvlüyünün faydalarını anladıqlarını qeyd edib və hesab etdiyini bildirib ki, birlik ölkə üçün yeni imkanlar yaratmalıdır.
O əlavə edib ki, tətbiq edilən bəzi məhdudiyyətlər Ermənistan cəmiyyətində Aİİ-yə qarşı mənfi münasibət formalaşdırır və məsələyə siyasi çalar verir.
Nikol Paşinyan dekabrda keçiriləcək Aİİ sammitində iştirak edəcəyini də bildirib.
14:38 02.06.2026
Oxunuş sayı: 43