Paşinyanın növbəti hədəfi bəlli oldu? Məşhur zavod dövlətə qaytarılır
Ermənistan Baş Prokurorluğu “Araratsement” zavodu ilə bağlı aparılan araşdırma çərçivəsində yeni qanun pozuntusunun aşkar edildiyini açıqlayıb.
Crossmedia.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, qurumun yaydığı məlumata görə, mayın 20-də iş üzrə yeni epizod müəyyən edilib.
İstintaqın versiyasına əsasən, Ararat şəhərinin sabiq meri, hazırda vəfat etmiş Abram Babayan 2009-cu ilin sentyabrında saxta hərrac vasitəsilə 74,1 hektar kənd təsərrüfatı təyinatlı bələdiyyə torpağını “Araratsement” zavoduna satıb.
Məlumatda bildirilir ki, həmin torpaq sahələrinin özgəninkiləşdirilməsi prosesində qanunvericiliyin tələblərinin pozulduğu ehtimal edilir və bu fakt araşdırmanın predmetidir.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, 2002-ci ildən biznesmen və “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan tərəfindən idarə olunan “Araratsement” zavodu yaxın vaxtlarda dövlətin nəzarətinə qaytarılacaq.
15:43 02.06.2026
Oxunuş sayı: 58