ABŞ Avropada nüvə silahlarının yerləşdirilməsini müzakirə edir
ABŞ əlavə Avropa ölkələrində nüvə silahlarının yerləşdirilməsi məsələsini gündəmə gətirib.
Crossmedia.az xəbər verir ki, “Financial Times” qəzetinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, Avropada ABŞ-nin qitəyə hərbi dəstəyini azaltması ilə bağlı narahatlıqlar artdığı bir vaxtda Tramp administrasiyası NATO müttəfiqlərinə nüvə çətiri öhdəliyini davam etdirdiyini nümayiş etdirmək istəyir.
Qeyd olunur ki, aparılan danışıqlar mövcud nüvə silahının bölüşdürülməsi sazişlərində hər hansı ciddi dəyişikliklərə gətirib çıxarmaya bilər.
11:08 02.06.2026
Oxunuş sayı: 45