Kanada Özbəkistanı yoldaşlıq görüşündə üstələyib
Kanadanın Edmonton şəhərində keçirilən yoldaşlıq görüşündə Özbəkistan millisi Kanada yığmasına 2:0 hesabı ilə məğlub olub.
Crossmedia.az xəbər verir ki, güclü yağış altında baş tutan qarşılaşmada hər iki qol ikinci hissədə vurulub.
Statistik göstəricilərə əsasən, topa sahiblik və gözlənilən qollar (xG) baxımından komandalar arasında böyük fərq olmayıb. Lakin Kanada zərbələr, cərimə meydançasında toxunuşlar və künc zərbələrində üstünlük nümayiş etdirərək oyunun gedişini öz xeyrinə dəyişib.
10:36 02.06.2026
Oxunuş sayı: 50