Hizbullah İsraillə tam atəşkəsə hazır olduğunu bildirib
Livan parlamentinin spikeri Nəbih Berri mayın 31-də nümayəndəsi vasitəsilə ABŞ administrasiyasına bildirib ki, Hizbullah İsraillə tam və dərhal atəşkəsə hazırdır.
Crossmedia.az xəbər verir ki, bunu Berrinin müşaviri Əli Həmdan açıqlayıb.
Onun sözlərinə görə, ABŞ-nin Beyrutdakı səfiri Mişel İsa ilə telefon danışığında Hizbullahın hərtərəfli atəşkəsə əməl etməyə hazır olduğu və buna zəmanət veriləcəyi bildirilib.
"Axios"-un məlumatına görə, Vaşinqton həftə sonu Hizbullaha İsrailin şimalına hücumların dayandırılması qarşılığında Beyruta zərbələrin dayandırılmasını nəzərdə tutan “qismən atəşkəs” təklif edib.
Portalın mənbəsi bildirib ki, ABŞ rəsmiləri Berriyə Benyamin Netanyahunun bu razılaşmanı qəbul edəcəyinə inanmadıqlarını çatdırıblar.
10:44 02.06.2026
Oxunuş sayı: 49