Dyatlov faciəsi yenidən gündəmdə: Qohumlar yeni istintaq tələb edir
1959-cu ildə müəmmalı şəkildə həlak olan Dyatlov qrupunun üzvlərinin yaxınları sensasion addım atmağa hazırlaşır. Onlar faciə ilə bağlı yeni cinayət işinin açılmasını tələb edəcəklər.
Crossmedia.az xəbər verir k, bu barədə TASS məlumat yayıb.
Belə ki, zərərçəkənlərin bəzi qohumlarının maraqlarını təmsil edən vəkil Yevgeni Çernousov bildirib ki, yaxınlar illərdir mübahisələrə səbəb olan hadisənin yenidən araşdırılmasına nail olmaq niyyətindədirlər. Bundan əlavə, onlar federal televiziya kanallarından Dyatlov qrupunun ölümü ilə bağlı həqiqətə uyğun olmayan versiyaların yayımlandığı proqramların efirdən çıxarılmasını tələb edəcəklər.
Qeyd edək ki, Dyatlov keçidində baş vermiş faciə dünyanın ən sirli hadisələrindən biri hesab olunur. Hadisə ətrafında indiyədək onlarla fərqli versiya səsləndirilsə də, qurbanların yaxınları həqiqətin hələ də tam üzə çıxmadığını düşünür.
08:40 02.06.2026
Oxunuş sayı: 54