18 yaşdan sonra da aliment borcunu tələb etmək mümkün imiş
Aliment borcu uşağın 18 yaşına çatmasından sonra da məhkəmə qaydasında tələb oluna bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, Dmitry Svişşev bildirib.
Deputatın sözlərinə görə, aliment borclarına münasibətdə iddia müddəti tətbiq edilmir. Buna görə də borclu şəxs uzun illər sonra belə gəlir, əmlak, pensiya və ya miras əldə edərsə, həmin vəsait hesabına aliment borcu tutulacaq.
O qeyd edib ki, bu halda vəsait artıq yetkinlik yaşına çatmış övlada, bəzi hallarda isə onun varislərinə ödənilə bilər.
07:30 02.06.2026
Oxunuş sayı: 45