Almaniya kansleri Avropa liderlərini bir araya toplamaq niyyətindədir
Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampa ortaq yanaşma formalaşdırmaq və ittifaq daxilində yeni mübahisələrin qarşısını almaq üçün NATO sammitindən əvvəl əsas Avropa liderlərini bir araya gətirməyi planlaşdırır.
Crossmedia.az "Bloomberg"-ə istinadən xəbər verir.
Agentliyin mənbələrinə görə, iyunun sonunda Berlində Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Polşa liderlərinin görüşü keçirilə bilər. NATO-nun baş katibi Mark Ruttenin də iştirak etməyə dəvət olunması planlaşdırılır.
Görüş iştirakçılarından Avropa müttəfiqlərinin qitənin müdafiəsi üçün daha böyük məsuliyyət götürməyə və NATO-nu gücləndirməyə hazır olduqlarını nümayiş etdirməli olan bir sıra addımlar hazırlamaları gözlənilir.
22:15 01.06.2026
Oxunuş sayı: 49