ABŞ nümayəndə heyəti Kiyevə gedəcək
ABŞ nümayəndə heyətinin tezliklə Kiyevə səfəri gözlənilir. Bu, artıq rəsmi olaraq təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov 2026-cı il Təhlükəsizlik Memarlığı Forumunda jurnalistlərə açıqlama verib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın gələcəkdə ABŞ nümayəndə heyətinin gözlənilən səfəri barədə danışdığını xatırladıb: "Bütün bunları təsdiqləyirəm və biz buna hazırlaşırıq".
21:26 01.06.2026
Oxunuş sayı: 48