Peskov: Rusiyadan gedən tankerin saxlanılması qanunsuzdur
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyadan yola çıxan bir tankerin Fransa hakimiyyəti tərəfindən saxlanılmasını qanunsuz addım kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, Peskov Rusiya mətbuatına açıqlamasında bu cür hərəkətlərin beynəlxalq hüquqa zidd olduğunu bildirib.
“Biz bu cür hərəkətləri qeyri-qanuni hesab edirik. Onlar beynəlxalq piratçılıqla həmsərhəddir. Biz onların beynəlxalq hüquqa tam uyğun olaraq həyata keçirildiyi ilə qətiyyən razılaşmırıq”, – deyə Peskov vurğulayıb.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron çıxışında Fransa Hərbi Dəniz Qüvvələrinin bir neçə ölkənin dəstəyi ilə həmin tankeri saxladığını açıqlamışdı.
Hadisə Rusiya və Fransa arasında dəniz hüququ və beynəlxalq nəqliyyat təhlükəsizliyi ilə bağlı gərginliyi yenidən gündəmə gətirib.
17:55 01.06.2026
Oxunuş sayı: 42