Rusiya Ermənistandan balıq idxalına məhdudiyyət tətbiq edib
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) Ermənistandan balıq və balıq məhsullarının idxalına məhdudiyyət qoyub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qurumun məlumatına əsasən, iki iyundan etibarən Ermənistan Rusiyaya canlı balıq və balıq məhsullarının ixracı üçün baytarlıq sertifikatlaşdırmasını dayandırmalıdır. Qərar yalnız yoxlamadan keçmiş iki müəssisəyə şamil olunmur.
Məlumata görə, Ermənistanın balıq emalı müəssisələri və alabalıq təsərrüfatlarında yoxlamalar 21–27 may tarixlərində aparılıb. Yoxlamalarda şirkətlərin yarısının inspeksiyadan imtina etdiyi bildirilib.
Qeyd olunur ki, icazə verilən iki müəssisənin məhsulları yalnız laborator təhlükəsizlik nəzarətindən sonra Rusiyaya ixrac edilə biləcək.
17:24 01.06.2026
Oxunuş sayı: 52