Əraqçi: İran və ABŞ arasında atəşkəs bütün cəbhələri əhatə edir
İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqton arasında atəşkəslə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Əraqçi atəşkəsin yalnız iki ölkə arasındakı qarşıdurmanı deyil, regiondakı bütün əlaqəli cəbhələri əhatə etdiyini bildirib.
“İran və ABŞ arasında atəşkəs, şübhəsiz ki, bütün cəbhələrdə, o cümlədən Livanda atəşkəs deməkdir. Bu atəşkəsin istənilən cəbhədə pozulması bütün cəbhələrdə pozuntu hesab olunur”, – deyə o vurğulayıb.
İranlı diplomat əlavə edib ki, atəşkəs rejiminin hər hansı formada pozulmasının nəticələrinə görə ABŞ və İsrail məsuliyyət daşıyacaq.
Əraqçinin bəyanatı regionda gərginliyin azaldılması istiqamətində atılan addımlar fonunda səsləndirilib. Ekspertlər hesab edirlər ki, tərəflərin atəşkəsə sadiqliyi Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gələcək inkişafında həlledici rol oynayacaq.
16:08 01.06.2026
Oxunuş sayı: 52