Ermənistanda “1 Mart” işi yenidən gündəmdə: Keçmiş korpus komandanlarına cinayət işi açılıb
Ermənistanda “1 Mart” işi üzrə 4 ordu korpusunun keçmiş komandanları barəsində cinayət təqibi başlanıb.
Crossmedia.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun məlumatına görə, keçmiş hərbi rəhbərlər 2008-ci il mart hadisələri zamanı konstitusiya quruluşunun devrilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər ağır ittihamlar üzrə istintaqa cəlb olunublar.
Məlumata əsasən, həmin şəxslərin “1 Mart” hadisələri zamanı ordu qüvvələrinin qanunsuz şəkildə siyasi proseslərə cəlb edilməsində iştirak etdikləri araşdırılır. İş üzrə istintaq davam edir.
16:00 01.06.2026
Oxunuş sayı: 57