SEPAH Hörmüz boğazındakı son vəziyyəti açıqlayıb
SEPAH Hörmüz boğazındakı vəziyyətlə bağlı açıqlama yayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Qurumun məlumatına görə, son 24 saat ərzində Hörmüz boğazı üzərindən ümumilikdə 15 gəmi keçid edib.
SEPAH bildirib ki, boğazda nəqliyyatın hərəkəti nəzarət altında davam edir və bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Açıqlamada keçid edən gəmilərin növü və hansı ölkələrə məxsus olması barədə əlavə məlumat verilməyib.
15:22 01.06.2026
Oxunuş sayı: 47