Avropa İttifaqı hərbi yaşda olan ukraynalılarla bağlı yeni plan hazırlayır
Avropa İttifaqında hərbi yaşda olan Ukrayna vətəndaşlarının müvəqqəti müdafiə statusunun dəyişdirilməsi ilə bağlı yeni təklif müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.
Məlumata görə, sözügedən təşəbbüs Avropa İttifaqı Şurasının daxili sənədlərində əks olunub. Təklif hərbi yaşda olan ukraynalı kişilərə tətbiq edilən müdafiə mexanizmlərinin yenidən nəzərdən keçirilməsini nəzərdə tutur.
Hələlik məsələ ilə bağlı yekun qərar qəbul edilməyib və sənəd üzv ölkələr arasında müzakirə mərhələsindədir.
Müşahidəçilər hesab edirlər ki, belə bir addım Ukraynanın insan resursları ilə bağlı ehtiyacları və Avropada miqrasiya siyasəti ətrafında gedən müzakirələrlə əlaqəli ola bilər.
Avropa İttifaqı rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
14:55 01.06.2026
Oxunuş sayı: 45