Tehran razılaşma mətninə yeni düzəlişlər edəcək
İran və ABŞ arasında mümkün razılaşma ilə bağlı müzakirələr davam edir.
Crossmedia.az xəbər verir ki, məlumatlı mənbənin bildirdiyinə görə, tərəflər arasında mətn mübadiləsi prosesi hələ də yekunlaşmayıb və İran tərəfi sənədə öz düzəlişlərini əlavə etməyi planlaşdırır.
Mənbə ABŞ mətbuatında ABŞ prezidenti Donald Tramp tərəfindən mövcud mətnə yeni dəyişikliklər təklif edilməsi barədə yayılan məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, bu dəyişikliklər avtomatik olaraq İran tərəfindən qəbul edilmiş sayılmır.
“İran üçün əsas meyar özümüzün qəbul etdiyimiz mətndir. Tramp tərəfindən edilən düzəlişlərin olması onların Tehran tərəfindən qəbul edilməsi demək deyil”, – deyə mənbə vurğulayıb.
Eyni zamanda qeyd olunub ki, İran mümkün razılaşmanın əldə olunmaması ssenarisinə də hazırdır.
13:00 01.06.2026
Oxunuş sayı: 57