İran hökuməti: Məsud Pezeşkianın istefası ilə bağlı xəbərlər əsassızdır
İran hökumətinin sözçüsü Fatimə Mühacirani İranın prezidenti Məsud Pezeşkian ilə bağlı yayılan istefa iddialarına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, O, “X” sosial şəbəkəsində paylaşım edərək qeyd edib ki, Pezeşkian hökuməti çətin dövrlərdə xalqın yanında olduğunu göstərib və hazırda da ölkədəki problemlərin həlli, eləcə də vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
Mühacirani vurğulayıb ki, İran hökuməti milli birlik və həmrəylik prinsipləri ilə hərəkət edir və ölkə qarşısında duran çağırışların həllinə fokuslanıb:
“İran həmrəylik və milli birliklə irəliyə doğru gedəcək.”
12:52 01.06.2026
Oxunuş sayı: 47