Rumıniya prezidenti Rusiyaya xəbərdarlıq edib
Rumıniya prezidenti Nikuşor Dan bəyan edib ki, Rusiya Ukraynaya zərbələr endirərkən bunun Rumıniya vətəndaşları üçün təhlükə yaratmamasına diqqət etməlidir.
Crossmedia.az xəbər verir ki, Dan Dunay çayının o tayında yerləşən Ukrayna şəhərlərinə edilən hücumların Rumıniya ərazisinə təsir göstərməməsinin vacib olduğunu bildirib.
Rumıniya prezidenti qeyd edib ki, əks halda Rusiyanın ölkədəki səfirinin diplomatik statusu ilə bağlı sərt addımlar atıla bilər.
11:28 01.06.2026
Oxunuş sayı: 53