Türkiyə Ordusu yeni nəsil HIZIR zirehli texnikalarını qəbul edib
Türkiyə Silahlı Qüvvələri yeni nəsil HIZIR mühafizəli zirehli texnikalarının növbəti partiyasını qəbul edib.
Crossmedia.az xəbər verir ki, NATO standartlarına uyğun hazırlanmış HIZIR-in yenilənmiş versiyası müasir əməliyyat tələblərinə cavab vermək üçün təkmilləşdirilib.
Məlumata görə, zirehli texnika 400 at gücündə mühərriklə təchiz olunub. Yeni nəsil HIZIR 70 faizə qədər yamaca qalxma qabiliyyəti, mina və ballistik təhdidlərə qarşı yüksək qorunma səviyyəsi, tam avtomatik transmissiya və yüksək manevr imkanları ilə seçilir.
Bildirilir ki, texnika həmçinin ekipaj üçün rahat idarəetmə sistemi ilə təmin edilib.
10:44 01.06.2026
Oxunuş sayı: 47