Duqin: Seçkilərə ehtiyac yoxdur
Kremlin ideoloqu Aleksandr Duqin Rusiyada seçkilərin artıq lazım olmadığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, Kremlə yaxınlığı ilə tanınan Duqin seçki prosedurlarının əvəzinə sərt nəzarət və məcburetmə mexanizmlərinin tətbiqini müdafiə edib.
Onun sözlərinə görə, ölkədə demokratiya elementləri aradan qaldırılmalı, cəmiyyətin idarə olunması seçki sistemi ilə deyil, daha sərt idarəetmə üsulları ilə həyata keçirilməlidir.
Duqin hesab edir ki, dövlət idarəçiliyində qorxu, təzyiq və cəza mexanizmləri əsas rol oynamalıdır.
10:05 01.06.2026
Oxunuş sayı: 47