Aİ-dən Euroclear üçün təcili plan: Rusiya aktivləri böhranı yeni maliyyə gərginliyi yaradıb
Avropa İttifaqı (Aİ) Moskva Arbitraj Məhkəməsinin qərarından sonra Avropanın ən böyük depozitarı olan Euroclear-a dəstək yollarını araşdırmağa başlayıb.
Crossmedia.az TASS-a istinadən bildirir ki, Aİ ölkələri Rusiya Mərkəzi Bankına aid dondurulmuş aktivlərlə bağlı çıxarılan məhkəmə qərarından sonra Euroclear-ın fəaliyyətini qorumaq üçün mümkün yardım variantlarını nəzərdən keçirir.
Rusiya Mərkəzi Bankı 2025-ci ildə Euroclear-a qarşı 18,2 trilyon rubl məbləğində iddia qaldırmışdı. Bu iddia Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maliyyələşdirilməsi üçün istifadə planlarına cavab olaraq irəli sürülüb.
Vurğulayaq ki, hazırda Aİ vəziyyətin hüquqi və maliyyə nəticələrini qiymətləndirir və Euroclear-ın sabitliyini qorumaq üçün müxtəlif addımları müzakirə edir.
23:57 31.05.2026
Oxunuş sayı: 41