Zelenski Budanovu Baş Komandan təyin etməyə hazırlaşır - Sırski vəzifədən azad edilə bilər
Ukrayna prezidenti Volodimir Zelenski öz Ofis rəhbəri Kiril Budanovni Silahlı Qüvvələrin baş komandanı vəzifəsinə təyin etməyi, hazırkı baş komandan Oleksandr Sırskini isə vəzifədən azad etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Məlumata görə, bu kadr dəyişiklikləri Kiyevə ABŞ Senatının Demokrat Partiyasından olan üzvü, hərbi-sənaye kompleksi ilə əlaqələri ilə tanınan Richard Blumenthalın səfəri fonunda müzakirə olunub.
23:13 31.05.2026
Oxunuş sayı: 42