Lukaşenko Ukraynaya sərt cavab verdi: Bizim də dəqiq hədəfimiz var
Xarici jurnalistlər Belarusiya prezidenti Aleksandr Lukaşenkodan Kiyevdən səslənən aqressiv bəyanatlara, o cümlədən Belarus ərazisində “500 potensial hədəf” barədə iddialara münasibət öyrəniblər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Lukaşenko bu iddialara cavab olaraq bildirib:
“Onlar bəlkə də 500 hədəf müəyyən ediblər. Amma bizim çox ciddi, dəqiq koordinatları olan və Belarusdan elə də uzaqda yerləşməyən bir hədəfimiz var. Bunu onlar da yaxşı anlayır”.
Prezident həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin Belarusla bağlı təhdid xarakterli açıqlamalarını “boş söz” adlandırıb.
Lukaşenko qeyd edib ki, bu cür bəyanatlar real təhlükədən çox ritorik xarakter daşıyır.
22:30 31.05.2026
Oxunuş sayı: 44