ABŞ və İsrailin İrana müdaxiləsi regional güc balansını dəyişib
Çikaqo Universitetinin professoru və beynəlxalq münasibətlər üzrə tanınmış alim Con Mearsheimer İranla bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O bildirib ki, ABŞ və İsrailin İrana müdaxiləsinə qədər ölkədə rejim ciddi legitimlik problemi yaşayırdı və sistem zəifləyirdi. Mearsheimerin sözlərinə görə, müdaxilədən sonra İran daxilində hakimiyyət daha da güclənib və İslam Keşikçiləri daha dominant mövqe qazanıb.
Professor iddia edib ki, bu proses İranın regionda çəkindirmə gücünü də artırıb və ölkənin müqavimət imkanlarını ortaya çıxarıb.
Mearsheimer həmçinin ABŞ-nin Yaxın Şərqdə eyni anda bir neçə cəbhəni təmin etməkdə çətinlik çəkdiyini və resurs problemlərinin üzə çıxdığını bildirib.
O əlavə edib ki, Hörmüz boğazı ətrafında baş verənlər ABŞ-nin hərbi gücünə baxmayaraq bəzi strateji məqsədlərə tam nail ola bilmədiyini göstərir.
Professorun fikrincə, bu hadisələr qlobal güc balansının dəyişdiyini və dünyanın çoxqütblü sistemə doğru getdiyini göstərir.
23:10 31.05.2026
Oxunuş sayı: 45