Qalibaf: İran xalqının hüquqları təmin olunmadan heç bir saziş olmayacaq
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-lə aparılan danışıqlara münasibət bildirib.
Crossmedia.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, o deyib ki, İran xalqının hüquqları tam təmin olunmadan heç bir razılaşma qəbul edilməyəcək.
Qalibafın sözlərinə görə, diplomatiyada yalnız verilən vədlərə əsaslanmaq olmaz, əsas olan real nəticələrin əldə olunmasıdır.
Parlament sədri əlavə edib ki, İran üçün əsas məsələ sözlər deyil, ölkənin əldə edəcəyi konkret nəticələrdir.
22:12 31.05.2026
Oxunuş sayı: 53