Təcili: Pezeşkian istefa ərizəsi göndərib – İran hakimiyyətində böhran dərinləşir
İran Prezidenti Məsud Pezeşkianın istefa ərizəsi təqdim etdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, "Iran International"ın yaydığı məlumata görə, M.Pezeşkian ölkənin ali rəhbəri Müctəba Xameneyinin ofisinə məktub göndərərək vəzifəsindən azad olunmasını xahiş edib.
Məlumata əsasən, prezident məktubunda ölkənin idarəetmə sisteminin faktiki olaraq rəsmi dövlət strukturlarının nəzarətindən çıxdığını və hakimiyyətin əsas qollarının İslam İnqilabı Keşikçiləri Korpusu daxilində müəyyən qrupların təsiri altına keçdiyini bildirib.
İddia olunur ki, M.Pezeşkian hökumətin ölkənin strateji və həyati əhəmiyyət daşıyan qərarlarının qəbulundan kənarda qaldığını, bunun isə radikal qüvvələrin təsir imkanlarını artırdığını vurğulayıb.
Prezidentin məktubunda mövcud şəraitdə hökuməti idarə etməyin və qanunla müəyyən edilmiş səlahiyyətləri yerinə yetirməyin mümkün olmadığını qeyd edərək istefa vermək qərarına gəldiyi bildirilir.
21:39 31.05.2026
Oxunuş sayı: 51