Zelenski: Saratovdakı neft emalı zavoduna zərbə endirilib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Saratov şəhərində yerləşən neft emalı zavoduna zərbə endirildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Rostov vilayətində, Kirov bölgəsində və Xəzər dənizində yerləşən hərbi bazalanma məntəqəsindəki obyektlər də hədəfə alınıb.
O qeyd edib ki, hücumlar nəticəsində bir sıra strateji obyektlər vurulub. O, əməliyyatın nəticələri ilə bağlı əlavə məlumat verməyib.
19:22 31.05.2026
Oxunuş sayı: 50