Netanyahu Livanla bağlı yeni hərbi göstəriş verib
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə qüvvələrinə Livandakı hərbi əməliyyatları genişləndirmək barədə göstəriş verdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Netanyahu bildirib ki, daha əvvəl Hizbullahın nəzarətində olmuş ərazilərdə İsrailin mövcudluğunun dərinləşdirilməsi və genişləndirilməsi tapşırığı verilib.
“Mən indi əvvəllər Hizbullahın nəzarətində olan ərazilərdə mövcudluğumuzu dərinləşdirmək və genişləndirmək əmrini verdim”, – deyə İsrail hökumət başçısı bildirib.
Baş nazir vurğulayıb ki, İsrail eyni vaxtda bir neçə istiqamətdə hərbi fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, əməliyyatlar Suriya, Qəzza zolağı və Livan ərazilərini əhatə edir.
“Bu, vaxt aparacaq, amma biz öz missiyamızı yerinə yetirəcəyik”, – Netanyahu əlavə edib.
17:38 31.05.2026
Oxunuş sayı: 43