Ermənistandan AİB ilə bağlı gözlənilməz açıqlama
Ermənistanın baş nazir müavini Mqer Qriqoryan jurnalist Pavel Zarubinə müsahibəsində bildirib ki, ölkə hazırda Avrasiya İqtisadi Birliyindən çıxmasının mümkün iqtisadi təsirlərini qiymətləndirməyi zəruri hesab etmir.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, təşkilatla əlaqələrin dayandırılması və ya üzvlükdən çıxmaq məsələsi hazırda gündəmdə deyil.
Qriqoryan qeyd edib ki, mümkün risklərin qiymətləndirilməsi üçün nəzərdə tutulan stress-testlər yalnız belə bir zərurət yaranacağı təqdirdə həyata keçiriləcək.
Baş nazir müavini həmçinin Rusiyaya malların tədarükü zamanı yaranan çətinliklərə də toxunub. O bildirib ki, bu problemlərin texniki xarakter daşıdığına və müvəqqəti olacağına ümid edir.
17:07 31.05.2026
Oxunuş sayı: 59