Lukaşenko Ermənistanı Rusiya və Avropa arasında seçimə tələsməməyə çağırıb
Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalist Pavel Zarubinə verdiyi müsahibədə Ermənistan xalqını Rusiya ilə Avropa arasında tələsik seçim etməməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Lukaşenko bildirib ki, belə bir qərar qəbul etməzdən əvvəl Ermənistan cəmiyyəti məsələni hərtərəfli və ciddi şəkildə düşünməlidir.
“Belə bir addım atmazdan əvvəl Ermənistan xalqı çox ciddi düşünməlidir. Xalq öz fikrini bildirəndə biz də bununla razılaşacağıq”, – deyə Belarus lideri vurğulayıb.
O, həmçinin qeyd edib ki, əvvəllər Ermənistana səfər edən Avropa rəsmiləri ölkəyə konkret vədlər verməyiblər. Lukaşenkonun sözlərinə görə, həmin görüşlərdə əsasən Rusiya və Belarusun tənqid olunması ilə kifayətləniblər.
Belarus Prezidenti hesab edir ki, Ermənistan gələcək geosiyasi istiqaməti ilə bağlı qərar verərkən digər ölkələrin təcrübəsini, o cümlədən Ukraynada baş verən hadisələri nəzərə almalıdır.
16:58 31.05.2026
Oxunuş sayı: 77